Home » Yeni Porsche Mission R

Yeni Porsche Mission R

Porsche şirkəti Münhendə keçirilən avtosalonda Mission R adlı konsepti təqdim edib. Mission E konsepti Porsche Taycan sedanının, Mission E Cross Turismo prototipi isə Taycan Cross Turismo universalının müjdəçisi olduğunu nəzərə alsaq, yeni konseptin sırf elektrik bolidinin, yəni Porsche monokubokunda iştirak edən yarış avtomobilinin carçısı kimi qəbul edilə bilər.

Porsche Mission R konseptinin uzunluği 4326 millimetr, eni – 1990 millimetr, hündürlüyü isə, 1190 millimetrdir. Prototipin ölçülərinə görə Cayman modelindən qısa, enli və alçaqdır. 

Tam ötürməli kupe iki elektrik mühərriki ilə hərəkətə gəlir və təsnifat rejimində güc qurğusu 80 kilovat (1088 at qüvvəsi) hasil edir. Mission R ilk “yüzlüyü” 2,5 saniyədən az müddətə toplayır. Yarış rejimində isə, qurğu 500 kilovat (680 at qüvvəsi) daimi güc hasil etsə də, qızmır.

Batareya kimi güc qurğusu da maye ilə soyutma sisteminə malikdir.  Bununla belə, ayrılıqda hər bir mühərrikin maksimal hasilatı daha çoxdur: ön mühərrikdə bu rəqəm 320 kilovat (435 at qüvvəsi), arxadakında isə 490 kilovatdır (653 at qüvvəsi).

IAA Mobility Munich 2021, Germany, Munich, 07.09.2021 – Copyright Stefan Baldauf / SB-Medien

Ilkin hesablamalara görə, 80 kilovat-saatlıq batareyanın cərəyanı sprinter yarışına kifayət etməlidir, buna baxmayaraq, yarışın sonunda mühərriklərin hasilatı azalmayacaqdır. Porsche nümayəndələri Misson R modelinin yarış treklərini Porsche 911 GT3 Cup 992 modeüli ilə eyni vaxta qət etdiyini bildiriblər.

Avtomobilin bütün asqıları McPherson dayaqlarından ibarətdir. Güc elektronikası və batayera salonun arxasında yerləşir. Cayman modelində isə, bu yerdə mühərrik quraşdırılır. 900-voltluq Porsche Turbo Charging texnologiyasından istifadə edərək, batareyanın 80 faizini 15 dəqiqə ərzində doldurmaq mümkündür. 

Avtomobilin yaradıcıları onun qeyri-adi karbonplastik damını ekzoskelet adlandırılar, çünki o, dam örtüyü olmaqla yanaşı, həm də təhlükəsizlik karkası rolunu oynayır. Digər kuzov detalları da qeyri-adilikdə damdan geri qalmırlar. Məsələn, Mission R modelinin splitteri, kandarları, diffuzoru, qapıların daxili hissələri, oturacaqları, kokpitin arxa divarı təbii liflərdən (NFK), əsasən də, kətan liflərindən hazırlanmışdır. 

Bundan başqa, konseptin təchizatına aktiv aerodinamik elementlər də daxildir – DRS sistemi ön hava girişlərindəki hərəkət edən lamellərə və tənzimlənən ikiqat antiqanada malikdir.

Prototipin kokpiti lakonik tərtibata malikdir.  Burada kiçik displeyi olan şturvalı, sükan qoluna bərkidilmiş (üç arxa görüntü kameralarıdan – sağ, sol və mərkəzi, – alınan görüntülər ötürülür) və sükanın sağ tərəfindəki (biometrlik məlumatları əks etdirir) əlavə ekranları görmək mümkündür.

Ən maraqlısı odur ki, avtomobilin kokpitivahid modul şəklindədir və onu çıxararaq avtomobildən kənarda simulyator kimi istifadə etmək olar.

Xəbər Autograph.Az saytından götürülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir