Home » 653 at gücü, 850 Nm fırlanma anı və “Dolby Atmos” ilə Çin avtomobili.

653 at gücü, 850 Nm fırlanma anı və “Dolby Atmos” ilə Çin avtomobili.

Çinin elektrik avtomobil şirkəti Nio, “Dolby Atmos” səs sistemini bütün ET7 komplektasiyalarında mövcud olacağını açıqladı. Bu texnologiya 7.1.4 avtomobil audiosistemi ilə birlikdə avtomobildə səs keyfiyyətini yaxşılaşdırmalıdır.

“Dolby Atmos” tamamilə yeni bir səs sistemidir.Texnologiya aparıcı səsyazma şirkətləri və musiqi xidmətləri tərəfindən geniş şəkildə istifadə olunur.Bu sistem ilə musiqilər daha aydın, daha geniş və tam fərqli tərzdə səslənir.

Nio ET7 elektromobilinin audiosisteminə ümumi gücü 1000 vatt olan 23 dinamik daxildir. Bundan əlavə, interyerə 10,2 düymlük rəqəmsal cihazlar paneli, 12,8 düymlük AMOLED ekran, panoramik dam, qızdırılan və havalandırılan bütün oturacaqlar, Napa dəri üzlük daxildir.

O, həm də 1000 km-dən çox məsafə qət edən və 150 ​​kVt • saat gücündə batareyaya malik ilk elektrik avtomobilidir. Eyni zamanda, 70 kVt-saatlıq akkumulyatorlu əsas versiya • enerji doldurmadan 500 km-dən çox yürüş təmin etməlidir. Nio ET7 653 at gücünə malik elektrik sistemi ilə təchiz edilib. 850 Nm fırlanma anı ilə, 0-dan 100 km/saat sürətlənmə isə cəmi 3,9 saniyə çəkməlidir.

Çin avtomobilləri son dönəmlər çox sürətlə inkişaf etməkdədir.

Azərbaycanda hansı Çin markalarına güvənirsiniz?

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir