Home » Audi A8L Horch limuzini Maybach-dan xeyli ucuz oldu | 334 min manatlıq limuzin.

Audi A8L Horch limuzini Maybach-dan xeyli ucuz oldu | 334 min manatlıq limuzin.

Yeni Audi A8L Horch limuzini Maybach-dan xeyli ucuz oldu: 5,45 metrlik avtomobilin qiymətləri 1,3 milyon yuandan (197 min dollar) başlayır, altı silindrli Mercedes-Maybach S 480 isə Çində 1,54 milyondan başlayır (233 min dollar). Audi Horch-a unikal iki rəngli kuzov, eksklüziv 20 düymlük təkər diskləri və təkmilləşdirilmiş fərdiləşdirmə seçimləri təklif edir.


Audi A8L Horch 2021-ci ilin oktyabrında debüt etdi və avtomobil istehsalçısı limuzinin yalnız Çində satılacağı barədə dərhal xəbərdarlıq etdi. İndi paketlər və qiymətlər açıqlanıb – Horch dörd versiyada mövcuddur və ən bahalı versiya 1,75 milyon yuana (265 min dollar) başa gələcək.

Audi A8L Horch

Mercedes-Maybach S-Class ilə fərq böyükdür, Audi A8L Horch, S 480-dən 18,5 faiz, tam təchiz olunmuş səkkiz silindrli S 580-dən isə 42 faiz ucuzdur!

Hər iki alman limuzini tam ötürücülüdür. Audi 8-pilləli,Mercedes isə 9-pilləli transmissiya istifadə edir.Audi A8L Horch yalnız 48 voltluq starter-generatorla tamamlanan belə bir aqreqat (340 at gücü, 500 Nm) təklif edir.

Audi A8L Horch

Tezliklə Audi A8L seriyası daha bir modifikasiya ilə tamamlanacaq – 2,0 litrlik mühərrikli dörd silindrli. Assortimentin genişləndirilməsi Audi-yə model üçün ən vacib bazarda A8L-in mövqeyini möhkəmləndirməyə imkan verəcək – hazırda sedanların yarıdan çoxu Çində satılır.

Audi A8L Horch

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.