Home » Hans Zimmer BMW i7 üçün saundtrəklər hazırlayıb

Hans Zimmer BMW i7 üçün saundtrəklər hazırlayıb

Artıq bildiyimiz kimi, BMW 7-Series flaqman sedanının yeni nəsli tamamilə elektrik ötürməsi ilə hərəkətə gələn BMW i7 versiyasına malikdir. Daxili yanma mühərrikindən məhrum edilmiş sedan tamamilə səssiz olmamalıdır, buna görə də, alman istehsalçısının sifarişi ilə, onun üçün xüsusi səs fonu hazırlanıb. Üstəlik, bu iş BMW şirkətinin mühəndislərinə deyil, Oskar mükafatı laureatı bəstəkar Hans Zimmerə həvalə edilib.

Tanınmış musiqiçi səyahət boyu BMW i7 sahibini müşayiət edən bütöv səslər palitrasını hazırlayıb. Avtomobil istehsalçısının “bütöv səs dünyası” kimi səciyyələndirdiyi palitrada qarşılama, avtomobilin hərəkətə hazır olduğunu bildirən siqnallarından başlayaraq elektromobilin sürücünün hərəkətlərinə reaksiyasını təsdiqləyən səslərdən tutmuş, BMW Theatre Screen sisteminin nəhəng 8K ekrandakı akustik mənzərəyə qədər hər şeyi əhatə edir.

BMW i7 elektromobilinin bort elektronikasının My Modes menyusunda Personal, Sport, Efficient, Expressive və Relax səs ssenarilərini tapmaq mümkündür. Onların hər biri aksseleratorun mövqeyindən və yoldakı vəziyyətdən asılıdır, Expressive və Relax ssenariləri isə, əlavə olaraq, cihazlar panelinin qrafikası və daxili işıqlandırma ilə bağlıdır.

Personal sseanrisi modelin “mütərəqqi xarakterini vurğulayan” kimi təsvir edilir, Sport ssenarisi 544 at qüvvəli elektrik güc qurğusunun “güclü və aydın akustik varlığını” göstərmək üçün nəzərdə tutulub, Expressive isə “canlı və dinamik səs” kimi təsvir olunur.

Relax maksimal rahatlığı təmin edən mühit yaradır, Efficient ssenarisində  isə bütün kənar səslər boğulur – elektrokarın sahibi yalnız onun sistemlərinin fəaliyyəti ilə birbaşa əlaqəli olan səsli bildirişləri eşidir.

© Xəbər Autograph.az saytına məxsusdur.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.