“Castrol” Rusiya bazarından çəkildi.

Böyük Britaniyanın motor yağları istehsalçısı Castrol artıq öz məhsullarını Rusiyaya tədarük etmir. Bu barədə “Газета.ру” anbarlarda malların daşınmasının dayandırılması barədə danışan rəsmi satıcılara istinadən xəbər verir. Castrol özü hələlik geri çəkildiyini elan etməyib, lakin onun ana holdinqi BP, bir çox digər Qərb şirkətləri kimi, martın əvvəlində Rusiya bazarını tərk edib.

Rusiyanın müxtəlif şəhərlərindən olan satıcıların dediyinə görə, Castrol yağları fevralın 24-dən gətirilmir və “çox böyük ehtimalla” daşınmalar bərpa olunmayacaq. İndi distribyutorlar Ukraynada hadisələr başlamazdan əvvəl idxal edilən qalıqları satırlar.

Castrol texniki mayeləri böyük avtomobil istehsalçıları ilə birgə hazırlanmışdır. İngilis şirkətinin məhsulları, məsələn, Volkswagen, Audi və Skoda avtomobilləri üçün tövsiyə olunur və 2020-ci ildən Renault avtomobilləri üçün istifadə etmək tövsiyə olunur.

Aprelin sonunda məlum oldu ki, Rusiyada Fransanın “Total” markalı motor yağları da, istehsalı dayandırılıb.Bundan əlavə, “TotalEnergies” ilin sonuna qədər Rusiya neft məhsullarının alınmasını dayandırmağı planlaşdırır.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın