Home » Mercedes,Volkswagen, Toyota və General Motors Rusiyada məhkəməyə verildi.

Mercedes,Volkswagen, Toyota və General Motors Rusiyada məhkəməyə verildi.

Rusiyada tanınmış beynəlxalq avtomobil brendləri – General Motors, Mercedes, Volkswagen və Toyota şirkətlərinə qarşı iddialar qaldırılıb. Bu barədə “İzvestiya” nəşri xəbər verir.

İddiaçının sözlərinə görə, bu xarici şirkətlər Rusiyada işini dayandırmaqla rusiyalı istehlakçıların hüquqlarını pozurlar. Yerli hüquqi şəxslərə – onlara məhsul və ehtiyat hissələri idxal edənlərə qarşı iddialar irəli sürülüb.

İddialarda əsas tələb sanksiyaların icrasını dayandırmaq və bütün çeşiddə məhsulların tədarükünü bərpa etməkdir.Xəbərdə həmçinin qeyd edilib ki, istehlakçıların maraqlarını təmin etmək üçün şirkətlərin hesablarına və əmlakına həbs qoyulması üçün petisiya verib.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.