Home » Maşınını yolda təmir edərkən faciəli şəkildə öldü

Maşınını yolda təmir edərkən faciəli şəkildə öldü

Hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Shacman” markalı yük maşını nasaz olduğu üçün dayanıb. 50 yaşlı Yevlax rayon sakini Kərimov Kənan nasaz avtomobilini yolda təmir etmək üçün maşından enib.

O, nəqliyyat vasitəsinin arxa hissəsində təmir aparan zaman qarşıdan gələn “Mercedes” markalı yük maşını “Sahcman”a çırpılıb.

Ağır bədən xəsarətləri alan usta K.Kərimov xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

İstinad: Qafqazinfo

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.