“Turbo” niyə xarab olur? Necə qulluq etməli? | Autoblog.Az’da

Turbo mühərriklər indi əksər avtomobil istehsalçıları tərəfindən təklif olunur və bu başa düşülə bilər. Bu cür mühərriklər ənənəvi atmosfer mühərriklərdən daha yüngül, daha qənaətli və daha güclüdür. Ancaq xüsusiyyətlərinə görə “turbo mühərriklər” xüsusi qulluq tələb edir, lakin hər sürücü bu barədə bilmir.Sürücü məlumatsızlığı kədərli nəticələrə gətirib çıxarır, çünki turbonu xarab etmək asandır və bu, yeni bir avtomobildə də asanlıqla edilə bilər.

  • Çox vaxt, turbinlər yağ çatışmamazlığından ölür. Məsələ burasındadır ki, müasir mühərriklər, xüsusən də premium avtomobillərin kapotları altında işləyənlər, yağ yeməyi sevirlər. Buna görə yağın səviyyəsinə nəzarət edilməlidir, lakin sürücülər bunu etmirlər, çünki düşünürlər avtomobil təzədir hər şey yaxşıdır.
  • Digər səbəblərdən biri isə, düzgün özüllüklü və istehsalçı tələbinə uyğun yağın seçilməməsidir.Bəzən istehsalçı tələbi və özüllük düzgün olsada keyfiyyətsiz yağdan istifadə turbonun məhvinə gətirib çıxarır.Turbo mühərrikli avtomobil idarə edən sürücülər yağın keyfiyyətli olmasına əmin olmalıdırlar.
  • Turbini “öldürməyin” bir başqa məşhur yolu da aktiv sürüşdən dərhal sonra mühərriki söndürməkdir. Beləliklə, blok yağın soyudulması olmadan qalır və hissələri qeyri-bərabər istilik genişlənməsindən xarab olur.Başqa sözlə, turbin dayanmadan əvvəl soyudulmalıdır.Bunun üçün mühərrikin 30 saniyə yerində işləməsi kifayətdir.
  • Bəzi turbo mühərriklər aşağı yağ təzyiqinə yaxşı dözmürlər.Məsələn, sürücü yanacağa qənaət etməyə çalışırsa və tez-tez sürət qutusunu “neytral” vəziyyətə gətirirsə. Bu sürücülük tərzi turbin hissələrinin aşınmasına gətirib çıxarır, çünki nasosu kolenvala bağlıdır. Boş vəziyyətdə təzyiq azalır və daxili hissələrin aşınmasına gətirib çıxarır.Buna görə “neytral”ı yalnız park halında etməyiniz məsləhətdir.
  • Həm də turbin ona qarşı həddindən artıq diqqətli münasibətdən pozulur. Daim aşağı sürətlə sürsəniz təzyiq sistemi tədricən karbon çöküntüləri ilə tıxanacaq. Ayrıca, turbin baypas klapanı düzgün işləməyəcəkdir.Necə olmaq lazımdır? Mühərrik sürətini vaxtaşırı artırın, işlənmiş tüstülərdən sistemi təmizləsin.

Autoblog.Az

Bir cavab yazın