Home » 24 min manata avtomobil yoxsa disk?

24 min manata avtomobil yoxsa disk?

Aprel ayının sonunda keçiriləcək RM Sotheby’s hərracında olduqca nadir və qiymətli, bu il 30 yaşı tamam olacaq əfsanəvi super avtomobil Bugatti EB110-dan dörd orijinal təkər dəsti satışa çıxarılacaq.

Bugatti EB110

Bugatti EB110 avtomobilindən dörd təkər dəsti RM Sotheby’s-də auksiona çıxarılacaq. Onlayn satış bu il 21 apreldə başlayacaq və 29 apreldə başa çatacaq. BBS tərəfindən istehsal olunan disklər üçün hərrac ən azı 8000 – 12000 avro qazanmağı planlaşdırır, bu da mövcud məzənnə ilə 16200 – 24300 manat təşkil edir. Disklərin təxmini qiymətinin yuxarı hissəsini nəzərə alsaq, bu gün bu pula Azərbaycanda Hyundai Sonata, Kia Optima, Ford Fusion, Volkswagen Passat və digər populyar avtomobillərdən ala bilərsiniz.

Bugatti EB110

Autoblog.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir