Home » Audi A6 e-tron | Elektrik lüks avtomobil

Audi A6 e-tron | Elektrik lüks avtomobil

Yeni Audi konsepti olan A6 e-tron-un elektrik versiyasının fotoları cochespias.net saytında ortaya çıxdı. Prototip orijinal bir dizayn aldı və çox cəlb edici görünür.Modelin rəsmi premyerası 19 aprel Şanxay avtosalonunda baş tutacaq.

Yeni modeldə əvvəlki modellərdə görmədiyimiz bir çox yeni elementləri görə bilərsiniz.

Prototipin qapı tutacaqları və yan güzgülərdən məhrum olduğunu da görə bilərsiniz – güzgü əvəzi kameralar rol oynayır. Görüntülərə görə A6 e-tron beş qapılıdır. Salonun şəkilləri hələ yoxdur.

Modelin əsası Audi və Porsche tərəfindən birlikdə hazırlanan yeni PPE (Premium Platform Elektrik) platforması olduğu güman edilir.

Onilliyin ortalarına qədər Audi bazara iyirmiyə qədər elektrikli vasitə çıxarmağı planlaşdırır: 2025-ci ildə şirkət satışlarının üçdə biri elektrik modelləri olmalıdır.

Autoblog.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir