Home » Tıxacda qalmaq avtomobilinizin mühərrikinə nə kimi ziyan vura bilər? | Ziyanı necə önləyək?

Tıxacda qalmaq avtomobilinizin mühərrikinə nə kimi ziyan vura bilər? | Ziyanı necə önləyək?

Mühərrikin boşuna yerində uzunmüddətli işləməsi onun ehtiyatının azalmasına, gələcəkdə isə əsaslı yenidən qurulmasına gətirib çıxarır.

Unutmayaq ki, şəhərdə hər gün rastlanan tıxacda mühərrikin boş sürətlə(холостой) uzun müddət işləməsi bir sıra problemlər yaradır.Gəlin görək belə hallarda nə baş verir.

Mühərrik tıxaclarda işləyərkən əsas risk mühərrik yağının vəziyyəti ilə əlaqələndirilir. Həqiqət budur ki, aşağı dövrlərdə mühərrik sistemində yağ dövriyyəsi sürəti azalır.Axı,yağ təzyiqi mühərrik dövriyyələrinin sayından asılıdır.

Həm də unutmamalıyıq ki, müasir bir mühərrikdə onun elementləri fərqli şəkildə yağlanır: xüsusi yağ kanalları vasitəsilə təzyiq altında ən çox yüklənmiş bölmələrə, daha az yüklənmiş olanlara – cazibə və ya çiləmə üsulu ilə verilir. Aşağı yağ təzyiqi bir sıra ciddi problemlərə səbəb ola bilər. Məsələn, yağ nasosunun aşınması, eləcə də hər hansısa detalın az yağlanmasına.

Tıxacda uzun müddət dayanarkən karterdəki yağ sözün əsl mənasında qızardılır.Qatqıları tez tükənir və xüsusiyyətlərini itirir.Nəticədə, yağın qalınlaşmasına və yağ kanallarının tıxanmasına səbəb ola bilər ki, bu da mühərrikin aşınmasına gətirib çıxaracaq və orada əsaslı təmir qaçınılmaz olacaq. Buna görə də maşın tez-tez tıxaclarda qalırsa, yağ dəyişmə aralığını qısaltmaq və yağ dəyişməni mühərrikin işləmə saatları ilə saymaq daha yaxşıdır. Bu şəkildə mühərrik
daha uzun yaşayacaqdır.

Vaxtında dəyişmə,keyfiyyətli yağ və qatqılardan istifadə edərək avtomobilinizin mühərrikini uzun müddət istismar edə bilərsiniz.

Autoblog.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir