Home » Kaluqa istehsalı Mitsubishi’lər geri çağrıldı | Əyləc problemi.

Kaluqa istehsalı Mitsubishi’lər geri çağrıldı | Əyləc problemi.

Mitsubishi Motors-un Rusiya filialı 2016-cı ilin may ayından sentyabr ayınadək Kaluqadakı zavodda istehsal olunan 3.217 ədəd üçüncü nəsil Outlander krossover (ikinci restyling) geri çağırıldığını elan etdi.

Xidmət kampaniyasının başlamasına səbəb arxa əyləcinin düzgün işləməməsi olub.

Qüsurlu avtomobillər yoxlanılaraq və lazım olduqda arxa əyləc supportları dəyişdirilərək təmir ediləcəkdir.

Bənzər bir səbəbə görə Mitsubishi 2018-ci ilin oktyabr ayında daha böyük bir geri çağırma həyata keçirdi (o zaman marka 92.777-si Outlander olmaqla cəmi 144.856 avtomobili təmir etmişdi).

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir