Home » Hyundai Grandeur’dan son yenilənmə | Ağ interiyerli sedan.

Hyundai Grandeur’dan son yenilənmə | Ağ interiyerli sedan.

Hyundai Grandeur’un maraqlı bir tarixi var.Çünki bu model ilk dəfə 1980-ci illərin sonlarında Hyundai emblemi olan Mitsubishi Debonair modelinin bir versiyası olaraq ortaya çıxdı.

Hyundai’ın flaqman modeli olaraq davam edən Grandeur, bu adı 2008-ci ildə Hyundai Genesis Sedan’ın buraxılması ilə itirdi. Lakin Genesis 2015-ci ildə ayrıca bir marka olduqda, Hyundai Grandeur bu adı yenidən qazanmağa başladı.

Bəzi ölkələrdə Azera adı ilə də satılan və 2016-cı ilin oktyabrında 6-cı nəslini təqdim edən Grandeur, 2019-cu ildə bir model dəyişikliyi daha etdi.Hyundai, sonuncu Grandeur modelinə yeni bir versiya əlavə etdi.Bu versiyanın adı “Le Blanc” şəklindədir, sözün Fransızca mənası “ağ” deməkdir. Beləliklə, bu versiya ilə ağ interyer ilə Grandeur satışa təqdim olunacaq.

Hyundai Grandeur

Cənubi Koreyadan Grandeur-un gələn il yeni nəsili təqdim olunacağı barədə xəbərlər gəlir.Yeni modelin uzunluğunun ilk dəfə 5 metri keçəcəyi və lüks sedan seqmentində çox iddialı olacağı da bildirilir.

Autoblog.Az – Rəqəmsal avtomobil dərginiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir