McLaren’in külü auksionda satılacaq (Foto)

Yanıb külə dönən McLaren GT, ABŞ-da Copart tərəfindən hərraca çıxarılacaq. Avtomobil tamamilə məhv olub – avtomobildə təkrar satış üçün salamat bir hissəsi qalmayıb. McLaren olduğunu yalnız səs boğucu sisteminin parçaları və qalan disklər müəyyənləşdirə bilər.

2021 McLaren GT super avtomobili ən azı 212.000 dollara başa gəldiyini bilirik, lakin yanmış halı ilə yox.

Avtomobilin nə səbəbdən yanması məlum deyil, ancaq alıcı avtomobil üçün lazım olan bütün sənədləri ala bilər.Yanmış avtomobil Texasda yerləşir.

Bununla birlikdə, Copart yanğın nəticəsində məhv olan bahalı avtomobilləri ilk dəfə satmır. Məsələn, 2019-cu ildə iki Ferrari modeli beş yaşlı 458 və iyirmi yaşlı F355 Spider-in yanmış skeletləri auksiona çıxarılmışdır.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın