30 illik tarixində ən güclü “Elantra” | N Line

Hyundai, Cənubi Koreya markasının “N” bölməsi tərəfindən hazırlanmış yeni nəsil Elantra sedanının idman versiyası üçün bir tizer yayımladı.Yeniliyin premyerası 14 İyul da olacaq.

Hyundai, Elantra’nın bütün 30 illik tarixində ən güclü modelini təqdim edəcək.”Elantra N” digər Elantra’lardan aerodinamik asqı sistemi, əyləc sistemi, spoiler və 19 düymlük aluminium disklər ilə seçiləcək.

İlkin məlumatlara görə, sedan 280 at gücündə, iki litrlik turbo mühərrik ilə təchiz ediləcək və 392 Nm fırlanma anı verəcək.  Mühərrik həm altı pilləli mexaniki transmissiya, həm də iki muftalı səkkiz pilləli “robot” ilə işləyə biləcək.

Launch Control funksiyası aktiv olduqda, mühərrik sıfırdan yüzə 5.5 saniyəyə sürətlənməsinə imkan verir və maksimum sürəti saatda 240 km-dir.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın