Home » Changan Uni-V | Sport sedan.

Changan Uni-V | Sport sedan.

Changan-a məxsus Uni subbrendi tezliklə “V”-ni təqdim edəcək.Model 2021 -ci ilin sonuna qədər Çində debüt edəcək və Uni sıralamasında sedan ban növünə sahib ilk model olacaq.

Əvvəllər Uni markası altında yalnız krossoverlər satılırdı, lakin yeni Uni-V ilə Çinli avtomobil istehsalçısı sedan avtomobillər sırasınada “girişdi”.

Uni-V

İlk Uni sedanı hibrid mühərrik ilə təchiz ediləcəyi güman edilirdi, lakin Çin mətbuatı başqa məlumatlar verir: Uni-V 180 at gücündə 1,5 litrlik benzin turbo mühərriki ilə təchiz olunacaq.Bu mühərrik ilə sedan saatda 205 kilometrə qədər sürətlənə biləcək.

Uni-V

Uni-V, Elantra’dan daha böyük, lakin Volkswagen Jetta-dan daha yığcamdır: sedanın uzunluğu 4,68 metr, eni 1,8 metrdən bir qədər çox, hündürlüyü 1,43 metr, təkər bazası isə 2,75 metrdir.

Ölkəmizdə hal-hazırda Changan Uni-T modeli 47 900 azn’ə satılır, Uni-V modeli də yaxın rəqəmlərə satılacağı gözlənilir.

Uni-T

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir