Home » Beş dəqiqədə enerji yığımı | Çin markası GAC”dan yenilik.

Beş dəqiqədə enerji yığımı | Çin markası GAC”dan yenilik.

Çin markası GAC, iki yeni enerji doldurma sisteminin işini nümayiş etdirdi.Bunlardan ən güclüsü 6C adlanır: maksimum gücü 500 kilovatdır və elektrikli avtomobili cəmi 10 dəqiqədə 0 ilə 80 faiz arasında doldurmağa qadirdir.Çinin Cnevpost.com saytına görə, son bir nümayişdə GAC, 6C sistemi elektrikli bir avtomobili beş dəqiqədən az bir müddətdə dolduraraq iddiaları da üstələdi.

Sistemin təqdimatında 30 ilə 80 faiz aralığında doldurmaq beş dəqiqədən az çəkdi .Ultra sürətli 6C-yə əlavə olaraq, avtomobil istehsalçısı 3C versiyasını da təqdim etdi və avtomobil batareyalarını 16 dəqiqədə 0 ilə 80 faiz arasında, 10 dəqiqədə isə 30 ilə 80 faiz arasında doldurduğunu söylədi.

İndiyə qədər ultra sürətli enerji dolumunu dəstəkləyən yeganə model Aion V (GAC subbrendi) dır. Bundan əlavə, avtomobil istehsalçısı, sürətli şarjın batareyaya zərər vermədiyini iddia edir.

Aion V

Aion V premyerası avqustun əvvəlində baş tutdu.Yenilik, 183 at gücündə rəqabətsiz bir elektrik mühərriki, 70 və 80 kilovat-saatlıq iki batareya variantı ilə Çin bazarında mövcuddur. Güc ehtiyatı 500 və ya 600 kilometrdir. Qiymətlər 177.600 yuandan (46 500 manat) başlayır.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir