Home » “Great Wall”dan “Tank 600” | Beş metrlik SUV

“Great Wall”dan “Tank 600” | Beş metrlik SUV

Çinli Great Wall, yeni “beş metrlik” Tank 600 yolsuzluq avtomobilini nümayiş etdirdi. Toyota Land Cruiser’in ölçü və görünüş baxımından bir başa rəqibi hesab oluna bilər.Avtomobilin yeni altı silindrli 3.0 litrlik turbo mühərriki və 9 pilləli avtomatik transmissiya alacağı gözlənilir.Tam debütü avqustun sonuna planlaşdırılır.

“Great Wall” markası, bu il “Tank” adı altında SUV satmağa başladı və indiyə qədər satışa çıxmış yeganə model “Tank 300” -dür.Tezliklə, bu sıraya “Tank 600″də əlavə olunacaq.Çinlilər fotoşəkilləri artıq açıqlayıb və yazın sonunadək interyerini göstərməyi və texniki xüsusiyyətlərini təsdiq etməyi planlaşdırırlar.

“Tank 600” modeli rama üzərində hazırlanmış,arxa çəkimli, 3 litlik 354 at gücündə(500 Nm) twin turbo benzin mühərrik və 9 pilləli avtomatik transmissiya alan ilk Great Wall modeli olacaq.
Gələcəkdə 750 Nm fırlanma anına malik “hybrid”mühərrik ilə də, istehsal olunması gözlənilir.

Gələcəkdə, Great Wall, müxtəlif ölçülü SUV və pikapların tam bir xəttini təqdim edəcək.Tank 600 -dən sonra “Cannon” pikapı bazara girəcək və lüks Tank 800 və Tank 700 də açıqlanacaq.

Cannon

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

#autoblogaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir