Wuling Hongguang Mini EV adlı kiçik elektrik avtomobili rəsmi olaraq yalnız Çində satılırdı və SAIC Motor, Liuzhou Wuling Motors Co Ltd və General Motors arasında birgə müəssisə olan “SAIC-GM-Wuling Automobile” tərəfindən hazırlanıb.
Wuling Mini EV Çində ən çox satılan elektrik avtomobilidir.Başlandıqdan sonra iki il ərzində modelin satışı demək olar ki, 400.000 ədəd təşkil edib.2022-ci ilin birinci yarısında 188 653 ədəd Wuling Mini satılıb.Xatırladaq ki, Nissan Leaf-ın dünya üzrə 500.000 ədəd satması təxminən 10 il çəkdi.
Azərbaycanda da avtomobillər artıq satışa təqdim olunub.Şəkildə iddia edilən 170 km məsafəyə və cəmi 27 at gücü və 85 Nm fırlanma anına malik Wuling Mini EV LV2 Macaron-u göstərir.Ölçüləri 2920 x 1493 x 1621 mm, təkər bazası 1940 mm-dir.
Azərbaycanda bu kiçik elektrik avtomobilinin satış qiyməti 21 600 Azn təşkil edir.Satışı “ASİA Motors – Wuling” həyata keçirir.
© www.autoblog.az
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.