30-35 min manatlıq “beş” krossover | Sıfır yürüş ilə.

Bu gün sizə “Autoblog.Az” olaraq Azərbaycanda 30-35 min manat civarında ala biləcəyiniz “sıfır” yürüşlü “beş” krossover modeli haqqında məlumat verəcəyik.

Changan CS 15

1.Changan CS 15
Avtomobil 1.5 litrlik mühərrik 107 at gücü və ön çəkimə sahibdir.Sürətlər qutusu “robot”dur.
Qiyməti Azərbaycanda 30 900 Azn təşkil edir.
Müasir və cəlb edici dizaynı ilə bu kompakt şəhər krossoveri diqqətləri öz üzərinə çəkməyi bacarır.İstehsalçı ölkə Çin.

Baic X 55

2.Baic X 55
Avtomobil 1.5 litrlik 150 at güclü turbo mühərrik və “CVT” sürətlər qutusu ilə təklif olunur.Ön çəkimli bu kompakt krossoverin Azərbaycanda qiyməti 31 800 Azn təşkil edir. Müasir xarici və daxili görünüşü, zəngin komplektasiyası ilə alıcılarının diqqətini özünə çəkə biləcək bir modeldir.İstesahlçı ölkə Çin.

Renault Kaptur

3.Renault Kaptur
Avropa bazarında “Captur”, Rusiya və bizim bazarda “Kaptur”.Avropalı “Captur” ilə bizim “Kaptur” demək olar ki, tamamilə fərqli avtomobillərdir.Ölkəmizdə 1.6 litrlik 120 at güclü mühərrik və avtomat sürətlər qutusu ilə təchiz olunmuş, ön çəkimli, mini krossoverin qiyməti 32 980 Azn təşkil edir.Çinli rəqibləri daha zəngin komplektasiyası ilə bu modeli üstələyir.

Hyundai Creta

4.Hyundai Creta
Azərbaycanda ən populyar markalardan olan “Hyundai”ın “Creta”sı.Koreyalı bu kiçik krossover 1.6 litrlik 123 at güclü mühərrik, avtomat sürət qutusu və ön çəkim ilə təklif olunur.Qiyməti 33 100 Azn təşkil edir.Digər rəqiblərindən ən böyük üstünlüyü ölkəmizdə demək olar ki, hər kəsin tanıdığı “Hyundai” markasının bir modeli olmasıdır.

Geely Coolray

5.Geely Coolray
Beşinci və siyahımızın sonuncusu “Geely Coolray” rəqiblərindən müasir dizayn,komplektasiya zənginliyi, cəlbedici interiyer ilə çox fərqlənir. 1.5 litrlik turbo mühərrikli 177 at güclü, ön çəkimli bu modelin qiyməti 34 200 Azn təşkil edir.”Volvo”nun alt brendi kimi tanınan “Geely” Çin istehsalıdır və ölkəmizdə yenicə tanınmağa başlayıb.

*Siyahı sıralaması artan qiymət üzrə tərtib olunmuşdur.
*Qiymətlər rəsmi satış dillerlərindən götürülüb
.

Siz hansı modeli seçərdiniz? Fikirlərinizi bizimlə bölüşün.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın