Tezliklə avtomobil dünyasında yeni brend peyda olacaq. Changan, Huawei və CATL şirkətləri Avatar adı altında birgə hazırladıqları elektromobil üçün ilk tizer nümayiş etdiriblər. Şəkilə əsasən, bu, kupeyə bənzəyən krossoverdir, lakin hələlik avtomobil haqqında başqa məlumatlar yoxdur. Amma ÇXR-də yeni brendin loqoları artıq rəsmi qeydiyyatdan keçib.
Birgə layihəyə ən böyük töhfəni Changan avtomobil şirkəti verib. İndi Changan Weilai New Energy Automobile Technology Co. artıq Avatar Technology Co adlanır.Avtomobilin istehsalının əsas məsuliyyəti burada Changan-ın üzərinə düşür, Huawei özünün multimedia və onlayn texnologiyalarını təqdim edəcək, CATL isə batareyaları və əlaqəli komponentlərin tədarükçüsü olacaq. Avatar brendi altında ilk modelin debütü 2022-ci ildə baş tutacaq.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.