Çin iddiası | Gelendvagen-in rəqibi
Autoblog.Az >> #Xəbərlər>>#Yeniliklər>> Çin iddiası | Gelendvagen-in rəqibi
Çin iddiası | Gelendvagen-in rəqibi
Çin avtomobil istehsalçısı Great Wall, keçən həftə patentləşdirilmiş dəbdəbəli Tank 800’ün kiçik qardaşı olacaq yeni Tank 700″ü Rusiyada tezliklə buraxılacağını təsdiqlədi.

Əgər Tank 800 Lexus LX və Cadillac Escalade-ə rəqib adlanırsa, o zaman Tank 700 iddiaya görə Gelendvagen-in əvəzedicisi kimi dizayn edilir.Eyni zamanda, dizaynerləri aşkar plagiatda da ittiham etmək olmaz.

Avtomobil 354 at gücünə malik 3 litrlik altı silindrli 6Z30 turbo mühərrik 500 Nm fırlanma anı ilə, həmçinin 9 pilləli “avtomat” alacaq.
Tank 700 tam müstəqil asmaya, üç diferensiallı tam ötürücülü transmissiyaya, 22 düymlük təkər disklərinə və dörd oturacaqlı salona sahib olacaq.

Tank brendi ötən ilin martında təqdim edilib və onun əsasında “Great Wall” yalnız karkaslı yolsuzluq avtomobilləri istehsal edəcək. İndiyədək Tank 300 və Tank 500 buraxılıb, lakin indeksləri 400, 600, 700 və 800 olan ən azı daha dörd modelin planları var.
Siz nə düşünürsünüz “Gelendvagen”ə rəqib olacaq modelə bənzəyir?
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.
Related Post
- 24 Fevral 2022
- by AutoBlog
- 0
- 21:45
Tesla səhmləri çökdü | İlon Mask milyardlarla dollar itirdi
Tesla-nın səhmlərinin qiyməti ötən ilin oktyabrından bəri ən aşağı səviyyəyə düşüb. İlon Musk Tesla səhmləri…
- 23 Mart 2021
- by AutoBlog
- 0
- 00:01
