Cars & Bids onlayn auksion saytı Toyota Land Cruiser BJ40-ın Braziliya versiyası olan Toyota Bandeirante OJ55 yolsuzluq avtomobilinin satışı ilə bağlı elan yerləşdirib. 1994-cü ilin avtomobili bu günə kimi 42,900 kilometr qət edib.Avtomobil 3,7 litrlik dizel mühərriki, mexaniki transmissiya və tam ötürücülü transmissiya ilə təchiz edilib.
Şəkildəki Toyota Bandeirante 1994-cü il OJ55 versiyasıdır. Bu cür avtomobillər praktiki olaraq adi BJ40-lardan fərqlənmirdi – ön hissənin dizaynı istisna olmaqla.
1994-cü ildə Toyota öz aqreqatlarını quraşdırmağa başladı, buna görə də burada kapotun altında 98 at gücü və 240 Nm fırlanma anı inkişaf etdirən 3,7 litrlik 14B mühərrik quraşdırılıb. Qutu beş pilləli “mexanikadır” və iki mərhələli “razdatka”sı var.
Bütün vaxt ərzində SUV 42.900 kilometr qət edib.Hazırkı sahibi avtomobili 16 düymlük yüngül lehimli disklər, alüminium radiator, yeni dəri oturacaqlar və elektrik şüşələri ilə təchiz edib.Cars & Bids auksionunda Bandeirante üçün artıq 15 000 dollar təklif edirlər.
Autoblog.Az -Rəqəmsal avtomobil dərgisi.