ABŞ-ın “Jalopnik” informasiya portalının apardığı araşdırmada müasir avtomobillərdə ən problemli daxiliyanma mühərrikləri müəyyən edilib. Hyundai və Kia avtomobillərində quraşdırılmış Theta II seriyalı mühərriklər öz sinfində ən problemli kimi tanınıb.
Mütəxəssislər qeyd edirlər ki, rəsmi servis mərkəzlərində ən çox Theta II seriyalı mühərriklərin zədələnmiş silindr bloklarına rast gəlinir. Bu seriyalı mühərriklər 2007-ci ildən bəri istehsal olunan modellərdə istifadə olunub.
Söhbət Hyundai Sonata, Kia Soul, Hyundai Tucson, Kia Sportage, Kia Optima və Genesis G70-də quraşdırılmış 2,0 və 2,4 litrlik mühərriklərindən gedir. Bu vəziyyət bu avtomobillərin sahibləri üçün ciddi problemə çevrilib.
Bu mühərriklərin nasazlıqları yağ pompasının zəif konstruksiyası, silindrlərdəki problemlər və keyfiyyətsiz katalizatorla əlaqələndirilir. Katalizator məhv olarsa, bərk hissəciklər piston (porşen) qrupuna daxil ola bilər və silindr divarlarına zərər verə bilər. Hətta, az yürüşlü mühərriklərdədə bu problemə rast gəlinir.
ABŞ-da bu mühərriklər bir çox geri çağırma kampaniyasına səbəb olub. 2015-ci ildən bəri Hyundai və Kia öz reputasiyalarını düzəltmək üçün təxminən 3 milyard dollar xərcləməli olublar. Bəzi ölkələrdə Koreya avtomobil istehsalçıları problemli mühərriklərinin təmiri üçün xidmət kampaniyalarına başlamadı.
Bu modellər ölkəmizdədə geniş yayılıb və bir çox bu mühərrikli avtomobil sahibləri bu problemi yaşayıb.
Autoblog.Az – Bizi oxumaq faydalıdır!