Honda Accord və Civic-i yeniləyir | Nələr dəyişir?

Klassik sedanlara marağın azalmasına baxmayaraq, Honda özünün əfsanəvi Accord və Civic modellərindən imtina etməyi planlaşdırmır. Bu avtomobillər hələ də markanın həmin seqmentdəki satışlarının əsas hərəkətverici qüvvəsi olaraq qalır.

Honda Accord yeni nəsilə 2022-ci ildə keçib, onun “kiçik qardaşı” Civic isə bunu bir il əvvəl – 2021-ci ildə edib. Hazırda hər iki model elə bir mərhələdədir ki, artıq restaylinqə ehtiyac yarana bilər.

Yaponiya mənbələrindən yayılan məlumatlara inansaq, bu yenilənmə dizayn baxımından demək olar ki, tam nəsil dəyişikliyi təsiri bağışlaya bilər.

BestCarWeb” jurnalının son buraxılışında yeni Honda Accord və Honda Civic modellərinə aid ilk render görüntülər dərc olunub. Şəkillərdən görünür ki, hər iki populyar 4 qapılı sedan Honda-nın tamamilə yeni korporativ dizayn üslubunu əldə edəcək.

Avtomobillərin ön hissəsi köklü şəkildə yenilənəcək: yeni radiator barmaqlığı, fərqli bamperlər və yenidən işlənmiş işıq optikası təqdim olunacaq.

Renderlərdə arxa hissədəki dəyişikliklər göstərilməsə də, orada da müəyyən yeniliklərin olacağı ehtimal edilir. Bununla yanaşı, salonlarda və texniki hissədə də iri modernizasiyalar gözlənilir. Xüsusilə, yeni hibrid güc qurğularının əlavə olunması hesabına mühərrik çeşidinin genişləndirilməsi istisna edilmir.

Yenilənmiş Honda Accord və Honda Civic modellərinin rəsmi təqdimatı 2027-ci ilə planlaşdırılır.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın