BMW 2026-cı ildən bütün modellər üçün yeni loqotip təqdim edir

BMW şirkəti 2026-cı ilin fevral ayından etibarən yeni loqotipini bütün model sırasına tətbiq etməyə başlayacaq. BMW Blog nəşrinin məlumatına görə, nişanlar artıq bəzi Avropa dilerlərində mövcuddur, lakin ölçülərinə görə onlar bütün köhnə avtomobillərə uyğun gəlməyə bilər.

Markanın yenilənmiş loqotipi ötən ilin sentyabrında iX3 modelində debüt edib. Dəyişikliklər o qədər cüzi olub ki, insanların əksəriyyəti onları heç fərq etməyib. Daha diqqətli baxış zamanı daxili xrom halqanın olmadığı üzə çıxıb. Əvvəllər bu halqa qara xarici dairəni Bavariya bayrağının mavi-ağ elementlərindən ayırırdı. Bayrağın ətrafındakı xrom haşiyə də aradan qaldırılıb.

İndi mavi və ağ rənglər daha doymuş görünür. Bundan əlavə, qara halqa parlaq örtüyü mat örtüklə əvəz edib. Əvvəllər qoşulan hibridlərdə və elektromobillərdə onları daxiliyanma mühərrikli modellərdən vizual olaraq fərqləndirmək üçün loqotipin xarici kənarında açıq mavi halqa olurdu, lakin artıq bundan imtina edilib. 2026-cı il iX3 modelindəki yeni nişan güc qurğusunun növündən asılı olmayaraq bütün model xəttində istifadə olunacaq.

Nəşrin qeyd etdiyinə görə, gələn ay Bavariya brendi M-modellərin də nişanını dəyişəcək. Gözlənilir ki, o, Neue Klassexəttində əsas qoyulmuş minimalist istiqamətə uyğun olaraq daha yastı və müasir dizayn alacaq.

Foto: BMW Blog

Bir cavab yazın