Ford üçün yalan reklam baha başa gəldi | 1.3 milyon manat cərimə.

Ford, Mustang Mach 1 modelini Avstraliya bazarına çıxardı.Bu modelə həsr olunmuş reklam materiallarında mütəxəssislər avtomobil üçün əslində mövcud olmayan bir sıra variantları yalandan qeyd etdilər.Yalan məlumatların olduğunu öyrəndikdən sonra, markanın müştəriləri, Ford nümayəndələrinin bir milyon Avstraliya dolları (mövcud məzənnə ilə təqribən 1.3 milyon manat) ödəməli olduğu bir mübahisə başlatdı.

Reklama görə, Avstraliya sakinləri artıq adaptiv kruiz kontrolu, arxa park sensorları və duman işıqları ilə təchiz olunmuş bir Ford Mustang Mach 1 ala bilərlər.Məlum olduğu kimi, bu seçimlər adi “Mustang” üçün mövcuddur, Mach 1 idman avtomobili üçün isə bu cür funksionallıq təmin edilmir. Eksklüziv aerodinamik gövdə hissələri modelin reklam materiallarında təqdim olunan variantlardan olan sensorlarla təchiz olunmasına imkan vermir.

Yalan məlumatları öyrəndikdən sonra yerli sakinlər sosial şəbəkələrdə narazılığını ifadə etdilər, bununla əlaqədar Fordun Avstraliya bölməsinin nümayəndələri səhvlərini etiraf etməyə məcbur oldular. Kompensasiya olaraq, Mach 1 alıcılarına yarış parkında idman avtomobilinin pulsuz sınaqdan keçirilməsini və model üçün üç il ərzində pulsuz xidmət təklif etdi.Pulsuz servis xidməti Avstraliyada Mach 1 modelinin alıcı sayını nəzərə aldıqda Ford üçün 1 milyon Avstraliya dollarına(mövcud məzənnə ilə 1.3 milyon manat) başa gələcək.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın