Brabus’dan möhtəşəm GLS | 800 at güclü SUV

Tuning atelyesi Brabusun özünün dünyaca tanınan dəsti xətti var.Alman markasının qabaqcıl üç cərgəli oturacaqlı SUV’u olan AMG GLS 63 “Brabus” tərəfindən tuning olunub.SUV’un gücü 800 at gücünə qədər və fırlanma anı 1000 Nm qədər artırılıb.

Tuning versiyasında GLS 63 bir çox müasir idman avtomobillərini geridə qoyaraq 3,8 saniyəyə sıfırdan 100 km / saata qədər sürətlənir. Elektron sürət məhdudlaşdırıcısı 280 km / saatdır.

Xususi yığılmış səs boğucu sistemi orijinaldan bir çox detalı ilə fərqlənir.Avtomobilə yığılmış sistem ilə bir düyməni basmaqla V8-in “səssiz pıçıltı” sını idman nəriltisi ilə dəyişə bilərsiniz.

Tam ötürücülü üç sıralı oturacaqları olan geniş ailə avtomobilinin salonu da diqqətdən kənarda qalmadı.Buradakı hər şey orijinal premium dəri ilə örtülmüşdür və bəzi yerlərdə karbon əlavələr var.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın