ABS’in nasazlığı nə ola bilər?

Bir çox sürücülər ön paneldə ABS xəbərdarlıq işığını gördükdə narahatlıq keçirirlər və bu da səbəbsiz deyil. Bu, ciddi bir əyləc nasazlığını göstərə bilər və ya bəlkə də səbəb kiçik bir problemdir?

Xatırladaq ki, ABS-in əsas vəzifəsi əyləc edərkən nəqliyyat vasitəsinin idarə olunmasını qorumaqdır.Əyləc zamanı təkəri tam kilidlənməyə qoymur çünki kilidli təkərlər nəzarətsiz bir trayektoriya ilə sürüşəcəkdir.
Aşağıda ABS sisteminin əsas nasazlıqlarını təhlil edəcəyik.

İDARƏETMƏ BLOKUNDA SƏHVLƏR.
Ümumiyyətlə bunlar blok daxili problemlərdir.Diaqnostika aparatı ilə görünən səhvliyi(ошибка) sildikdən sonra da səhvlər tez-tez baş verərsə, idarəetmə blokunu dəyişdirmək lazımdır, bir çox hallarda onun təmiri mümkünsüz olur.

TƏKƏRİN SÜRƏT SENSORUNDA SƏHVLƏR
Burada bir çox problem ola bilər: sensorun özünün işləməməsindən tutmuş, naqillərdəki qırılmalara kimi . Bir çox hallarda problem təkər sistemində hər hansı təmirdən sonra baş verir.

ABS SENSORUNA ÇIRK DAXIL OLMASI
Çirkin ABS darağına yapışması səbəbindən sensordan gələn siqnal zəifləyir və bu da ABS nasazlıq lampasının yanmasına səbəb olur.

Autoblog.Az

Bir cavab yazın