“50” ən pis avtomobildən biri adlandırılan lakin ən çox satılan.

BMW’nin 7-ci seriyası olan E65 modeli 2001 ci ildən istehsal olunmağa başladı, öz ilinin ən lüks avtomobillərindən sayılan E65, Mercedes S-klass, Audi A8 kimi avtomobillərlə rəqabət aparacaq sinifdə idi.

BMW E65

7 illik istehsal dövründə təxmini 330 000 avtomobil istehsal olunmuşdur.

Avtomobil ilk çıxdığı vaxtlarda “Time” Jurnalı bu modeli 50 ən pis avtomobildən biri adlandırmışdır, lakin dövrünə kimi ən çox satılan 7-ci seriya məhz bu model oldu.

Avtomobil 2001 ci ildə istehsal olunarkən yalnız 735i və 745i almaq mümkün idi.2002 ci ilin aprel ayından 140 mm daha böyük təkər bazası 735Li və 745Li alıcılara təklif olundu.Bir neçə ay sonra 730d və 740d dizel mühərriklərdə təklif olunmağa başladı.2003-ün yaz aylarında daha iki fərqli 730i və 760i təqdim edildi.

Avtomobil istehsal dövründə bir çox mühərrik tiplərdindən və 6 pilləli ZF sürətlər qutusundan istifadə edib.

Azərbaycanda 2001-2005 ci il istehsalı E65 modeli təxmini 11-16 min manat aralığında dəyişir.

Autoblog.Az

Bir cavab yazın