Xarici casuslar AVTOVAZ-ın işləmələri ovundadır
AVTOVAZ öz sirlərini hansı ölkələrin istehsalçılarından qoruyur?
Rusiyanın avtovzglyad.ru saytının yaydığı məlumata görə çox populyar bir teleqram kanalı bu yaxınlarda xəbər yayıb: AVTOVAZ əməkdaşlarına rəhbərlik şirkətin innovativ işləmələrini messencerlərdə müzakirə etməyi qadağan edib və WhatsApp-ı (Rusiya Federasiyasında qadağan olunmuş ekstremist şirkət Meta-ya məxsusdur) silməyi məcburi edib. Məlumat dəqiqdir.
Qeyd olunan teleqram kanalının məlumatına görə, tarixi göstərişi verən rəhbər güman edir ki, xarici casuslar Tolyattidəki avtonəhəngin əməkdaşlarının yazışmalarını diqqətlə izləyirlər. Bu yazışmalarda onlar olduqca gizli məlumat tapıb, heç çəkinmədən oğurlaya bilərlər.
Doğrudan da, gülməli qadağa gözlənilən təsir əvəzinə, cəmi bir neçə xoşagəlməz sual doğurdu. Məsələn, bu qərarı hazırlayan hipotetik müəllif konkret hansı ölkələrin casuslarını nəzərdə tuturdu? Əgər AVTOVAZ-ın edə bildiyi innovasiya səviyyəsini nəzərə alsaq, ola bilsin, ancaq Nigeriya və ya Cənubi Sudan agentləri nəzərdə tutulub. Amma onların da mesajlaşma tətbiqlərini sındırıb zavod işçilərinin yazışmalarına yol tapmaq üçün texniki imkanlarının olması, açığı, şübhəlidir.
Digər tərəfdən, texnologiya baxımından inkişaf etmiş ölkələr üçün belə bir əməliyyat “uşaq oyuncağı” sayılsa da, onlar uzaq Volqa sahillərindən gizli məlumat əldə etməklə ümumiyyətlə maraqlanmırlar.
AVTOVAZ rəhbərliyi etiraf etdi ki, həqiqətən də öz qabaqcıl ideyalarının — başqa sözlə, xarici rəqiblərin — oğurlamasından qorxur və xidməti məlumatların qorunması üçün müəyyən addımlar atır.