Avstriyanın Marchi şirkəti bu günə qədər olan ən dəbdəbəli mobil evlərdən birini təqdim edib. Şirkətin yeni layihəsi Elemment Palazzo adlı avtomobil düşərgəsi olub. “Təkərli sarayın” dəyəri ən azı üç milyon dollar (indiki məzənnə ilə təxminən 5 milyon 100 min manat) olacaq.
Elemment Palazzo layihəsində avstriyalı mütəxəssislər ötən əsrin 70-ci illərinin inkişaflarını təcəssüm etdiriblər. Xüsusilə də mühəndislər məşhur dizayner Luici Kolaninin rəsmlərinə əsaslanıb. Bənzərsiz kuzov və ön şüşə dizaynı sayəsində avtomobil evi eyni ölçülü avtomobillərlə müqayisədə yanacağa 20 faiz qənaət edir.Səyyar evin ağırlığı 20 tondur.
Şirkət yaşayış hissəsi üçün bir neçə dizayn variantını işləyib hazırlayıb. Alıcılar işgüzar səfərlər, sərgilər, səyahətlər və istirahət üçün interyeri seçə biləcəklər. Avtomobilin daxili hissəsi iş, oyun, əyləncə, həmçinin yemək bişirmək və yatmaq üçün yerlər də daxil olmaqla bir neçə zonaya bölünür. Bundan əlavə, Elemment Palazzo çoxlu vanna otağı, kamin, parket döşəmə, həmçinin məişət texnikası və açılan bar ilə təchiz edilmişdir.
Bəs siz 5 milyon 100 manata səyyar ev alardınızmı?
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.