1990-cı illərdən 2000-ci illərədək olan bəzi avtomobillər artıq çox bahalı kolleksiya əşyaları kimi hesab edilir.ABŞ-da, ideal vəziyyətdə olan 2003 BMW M5 avtomobili (E39) iki yeni 2021 M5 (F90) qiymətinə satıldı.
Ohio’dan (ABŞ) bir “Enthusiast Auto Group” (EAG) diller, cəmi 5 min km yürüş ilə M5 E39’u 199.990 dollara satdı (339 983 Azn), eyni əyalətlərdə yeni M5, qiymətin təxminən yarısına başa gəlir – 103,500 dollar (175 950 Azn).
EAG sahibi Eric Keller bunun son olmadığına əmindir. Məsələ burasındadır ki, müzakirə olunan M5, ABŞ-da E39 üçün ən populyar olanlardan biri olan “Carbon Black” rəngdədir.Hərrac daha nadir bir rəng ilə oxşar vəziyyətdə “M5” gətirsə, təkliflər asanlıqla 250.000 dollara çata bilər.
M5 E39 sedanı 1998-2003-cü illərdə istehsal edilmişdir.Avtomobildə 400 at gücündə 4.9 litrlik V8 mühərrik quraşdırılmışdır və 6 pilləli “mexanika” sürətlər qutusu ilə.
Autoblog.Az