BMW “M” modellərinin idman kuzov dəstini ehtiva edən əlavə “M Performance” paketləri olan avtomobillərdən həmişə vizual olaraq fərqlənəcəyini vəd edib.Fərqi dəqiq müəyyən etmək üçün hara baxmaq lazım olduğunu bilməlisiniz.BMW-nin baş konstruktoru Domaqoj Dukeç heç nəyi gizlətmədi və jurnalistlərə nəyə diqqət etməli olduğunu söylədi – əsas fərq səs boğucu borular, daha dəqiq desək, onların forması olacaq.
Domagoj Dukec BMW Blog-a verdiyi müsahibədə izah etdiyi kimi, daxili yanma mühərrikləri olan bütün BMW M və BMW M Performance avtomobillərində dörd səs boğucu borusu olacaq.
“M Performance dörd borudan ibarət olacaq,lakin onlar fərqli formada olacaq, dəyirmi deyil – yalnız ən güclü modellər, tam BMW M’lər dörd dairəvi səs boğucu borusu alacaq” dedi dizayner.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.