BMW X5 800 at gücündə | Yeni “Typhoon S” modeli!

Əsasən Alman avtomobillərin modernləşdirilməsi üzrə ixtisaslaşan G-Power şirkəti son layihəsini təqdim edib.  Mütəxəssislər əsas model kimi BMW X5 M-in ən son nəslini seçiblər.Artıq zavod versiyasında 617 at gücündə təsir edici gücə malik olan avtomobil alman tünerlərinin müdaxiləsindən sonra daha da güclənib.Artıq superkarlara meydan oxuya bilər,çünki mühərrik gücü üçdəbir artıb!

Tuning üçün Competition versiyasında krossover götürülüb ki, bu da 617 at qüvvəli 4,4 litrlik V8 benzin turbo mühərriyə sahibdir.Yeni turbinlərin və paslanmayan poladdan hazırlanmış GP-Deeptone egzoz sisteminin quraşdırılması ilə güc 800 at gücünə qədər artırılıb.

Belə təkmilləşdirmədən sonra avtomobil “Typhoon S” adlandırılıb.Daha güclü mühərrik qabaqda və arxada müvafiq olaraq 40 və 45 millimetr aşağı salınmış asma, 23 düymlük “Hurricane RR” təkər diskləri və aqressiv aerodinamik kuzov dəsti ilə birləşdirilib.

Tuning dəstə yeni ön splitter, təkər tağının uzantıları, yan ətəklər, arxa diffuzor və nəzərə çarpan spoyler daxil olmaqla doqquz hissə daxildir.Alman tünerləri interyerin təkmilləşdirilməsi, eləcə də BMW X5 M Competition-ın G-Power Typhoon S-ə çevrilməsinin dəyəri barədə məlumat vermirlər.

© www.autoblog.az

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın