Çində avtomobillərin qiymətləri Azərbaycanda satılan eyni modellərlə müqayisədə xeyli aşağıdır: bu, logistika xərcləri, gömrük rüsumları və digər xərclər, eləcə də müxtəlif ölkələrdəki qiymət xüsusiyyətləri ilə bağlıdır. Məsələn, Geely Coolray yenilənmiş modeli – Çində 99,8 min yuan dəyərində qiymətləndirilib ki, bu da manat ilə təxminən 25 min təşkil edir.
Yenilənmiş Geely Coolray iyulun ortalarında Çində debüt etdi.Model üçün yenilənmə təkcə Lexus üslubunda radiator barmaqlığı olan yeni dizayn deyil, həm də daha güclü mühərrik gətirən ilk restylinqdir.
Cool prefiksli model “Zhejiang Geely Holding Group və Volvo”-ya məxsus olan Aurobay tərəfindən hazırlanmış ən son BHE15 dörd silindrli mühərriklə təchiz edilmişdir. Bu mühərrik restylinqdən əvvəl Coolray-da quraşdırılmış və bizlərə tanış olan üç silindirli “turbo mühərrik” ilə eyni həcmə malikdir – 1,5 litr.Əvvəlki mühərrikdən fərqli olaraq bu mühərrik 181 at gücü hasil edir(öncəki mühərrik 177).Sürət qutusu eynidir – iki muftalı yeddi pilləli “robot”. Avtomobil əvvəlki kimi yalnız ön çəkim ilə istehsal olunur.
Brendin rəsmi saytındakı məlumata görə, Çində yenilənmiş modelin qiymətləri 99 800-119 800 yuana (təxmini 25 mindən 30 min manata qədər) dəyişir.Ölkəmizdə yenilənməmiş modelin satış qiyməti təxmini 35-40 min manat aralığında dəyişir.
Artıq avtomobil 10,25 və 12,3 düym diaqonallı iki displeyi birləşdirən yeni panellə təchiz edilib.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.