Çində altıncı nəsil “CR-V” ilə bir mayadan yoğrulmuş yeni Honda krossoveri təqdim olunub. “GAC-Honda” birgə müəssisəsi “Honda Breeze”-in ikinci iterasiyasının rəsmi fotolarını paylaşıb və yerli jurnalistlərə yeni model ilə tanış olmaq imkanı verib.”Breeze” orijinal modeldən (CR-V-dən) orijinal korpusu və optikası ilə fərqlənir.Salonda heç bir sürpriz yoxdur, texnologiya CR-V ilə eynidir.
Honda Breeze qara plastik hissələrin olmaması ilə asanlıqla seçilir.Orijinal modeldən fərqli olaraq təkər tağları üzərində kuzov rəngli astarlar, qapıların aşağı kənarındakı əlavələr və bamperlər istifadə olunub. Arxa fənərlərdə şaquli bölmələrini tıxaclar ilə əvəz ediblər.Radiator barmaqlığı praktiki olaraq yoxdur və kapotun daha qabarıq hala gəlməsi qanadların formasını dəyişdirməyə məcbur edib.
Yeni kuzov panelləri krossoverin ölçülərini dəyişib: Breeze orijinal CR-V-dən 13 millimetr uzundur.Bununla belə, təkər bazası eynidir (2701 millimetr), ona görə də Honda heç bir problem olmadan texnologiya və interyer baxımından modelləri birləşdirib.Rəsmi şəkillərdə yalnız beş yerlik versiya açıqlanıb, lakin üç sıralı Breeze krossoveri də satışa çıxarılacaq.
Satışların başlanğıcında CVT (variator) sürət qutulu, ön və ya tam ötürücü ilə birlikdə alternativsiz 4 silindirli 1.5 turbo (193 at gücü, 243 Nm) ilə təklif ediləcək. Gələcəkdə hər iki Honda krossoveri plug-in hibrid güc aqreqatına sahib olacaq.
Yeni Honda Breeze-nin konfiqurasiyaları və qiymətləri ayın sonuna qədər açıqlanacaq.
Müqayisə üçün “Honda CR-V”-nin fotoları:
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.
© www.autoblog.az