Hyundai-ın ən böyük krossoveri casuslara yaxalandı | Ioniq 9

Hyundai-ın ən böyük krossoveri olan Ioniq 9 rəsmi təqdimatdan əvvəl casus kameralara tuş gəlib. Kaliforniyada çəkilmiş görüntülərdə Hyundai-ın gələcək elektrikli flaqman modeli minimal kamuflyajla görünür. Avtomobilin kuzov xətləri aydın şəkildə seçilir, faraların maskalanması isə Hyundai-ın Staria minivenində olduğu kimi “piksel” optikasına üstünlük verdiyini göstərir. Modelin təqdimatı 19 noyabrda Los-Anceles sərgisində gözlənilir, istehsalına isə Corciya ştatında başlanacaq.

Ioniq 9, Ioniq Seven konsept-karının seriyalı versiyasıdır və E-GMP platforması üzərində qurulub. Bu o deməkdir ki, Ioniq 9 texniki baxımdan Kia EV9 modelinə bənzəyir. Yeddi nəfərlik oturacaq konfiqurasiyası və geniş salon çevikliyi təklif ediləcək, diqqətçəkən dizayn isə yeni müştəriləri cəlb edəcək.

Hyundai dizaynerləri, Ioniq 9 konsept modelindəki əsas xüsusiyyətləri qorumağa çalışıb və bu detallar seriyalı modeldə də əks olunub. Buna baxmayaraq, istehsalın 2026-cı ilə planlaşdırıldığını nəzərə alsaq, təqdim olunacaq versiya satışa çıxmağa tam hazır olmayacaq. Krossoverin 76,1 və ya 99,8 kVt/s batareyalarla təchiz olunacağı gözlənilir.

Ioniq 9 modelinin inkişafını Kia EV9 seriyasının təkamülü ilə müqayisə etmək mümkündür. 2025-ci ildə EV9 üçün 585 at gücünə malik GT modifikasiyasının təqdim ediləcəyi təsdiqlənib. Hazırda bu modelin ən güclü variantı 385 at gücü təklif edir.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi!

Bir cavab yazın