“İran Khodro” Rusiya bazarında boşluqdan istifadə etmək qərarına gəlib. Xüsusilə, Rusiyaya ixrac ediləcək ilk modelin adı çəkildi: “Iran Khodro Tara” bu ildən satışda olacaq.
“Tara tezliklə Rusiyaya ixrac olunacaq və araşdırmalarımıza görə, yaxşı qarşılanacaq. Kommersiya və ağır nəqliyyat vasitələrinin ixracı sahəsində də bu ölkə ilə yaxşı müqavilələr bağlanıb”, – “İran Khodro” sənaye qrupunun direktoru Mehdi Xətibi “automobilefarsi.com” saytına bildirib.Gözlənilir ki, “Tara” sedanı Moskvada – avqustun 22-də başlayacaq “MIMS Automobility Moscow” ehtiyat hissələri və avtomobil komponentləri sərgisində nümayiş etdiriləcək.
“Tara” sedanı Iran Khodro seriyasındakı ən müasir sedanlardan biridir. Tara,Peugeot 301 platformasında qurulub – PSA konserni İran Khodro ilə əməkdaşlığı 2016-cı ildə İslam Respublikasına qarşı sanksiyaların qısa müddətə yumşaldıldığı vaxt bərpa edib.
İran Khodro-nun Rusiya bazarında ikinci modeli ilk İran krossoveri “Rira” ola bilər – model iyulda təqdim edilib.Avtomobil Hyundai Santa Fe üslubunda ikimərtəbəli optika ilə tamamilə müasir görünüşə malikdir.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.