Keçmiş BMW dizaynerindən 3 seçilmiş model.

Motor Trend-ə görə ən təsirli müasir avtomobil dizaynerlərindən biri olan Frank Stevenson, dizayn baxımından ən yaxşı üç BMW avtomobilini seçdi. Siyahı özünün YouTube kanalında təqdim olunub.

BMW M1

Siyahıda ilk yer 1978-1981-ci illərdə istehsal edilmiş və orta mühərrikli markanın ilk nümayəndəsi olan BMW M1-ə verildi.  Bu avtomobili Lamborghini inkişaf etdirməyə başladı, lakin son dizayn toxunuşları Alman kupesinə İtalyan motivləri verən dizayner Giorgetto Giugiaroya məxsusdur.  Stevensona görə, M1, BMW-nin M Performance bölməsinin əsasını qoyan və gələcək bir çox modelin dizayn dilini müəyyənləşdirən BMW-nin ilk superkarıdır.

BMW E9

Siyahıda növbəti klassik BMW E9 var.  Bu, 1960-cı illərin sonunda BMW-də kritik bir anda yaradılmış ilk BMW idman avtomobili idi.  Dizayner Wilhelm Hofmeister, E9-a gələcək bütün BMW modelləri üçün əsas olacaq xüsusiyyətlər bəxş etdi və eyni zamanda kupeni indi “Hofmeister əyrisi” olaraq bilinən arxa pəncərə və gövdə sütun xətlərinin xarakterik birləşməsinin əsasını qoydu.

BMW 507 Roadster

Frank Stevenson’un üçüncü seçimi 1956-cı ildə Albrecht von Gortez tərəfindən hazırlanan zərif BMW 507 Roadster-dir.  Reytinqin müəllifi bu modeli avtomobil dizaynının zirvəsi adlandırdı.  “Mercedes 300SL” ilə rəqabət etmək üçün hazırlanan BMW 507, BMW modellər sırasına yeni bir ifadə qatdı və BMW-nin ən zərif dizaynlarından biri olaraq qaldı.

Frank Stevenson’un BMW’də çalışdığı dövrdə markanın ilk SUV’u, çoxlarının sevimlisi olan BMW X5 (E53) modeli istehsal olunmuşdur.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

#autoblogaz

Bir cavab yazın