Rusiyada bir çox qlobal avtomobil istehsalçılarının ölkədən çəkilməsi ilə yaranmış avtomobil istehsalı problemini “Moskviç” istehsal etməklə önləmək istəyirlər.
Rusiya “Renault”un zavodunu alaraq adını “Moskviç”ə dəyişib və artıq növbəti həftədən öz avtomobillərini istehsal etməyə hazırlaşır.
Ümid edirəm ki, gələn il istehsal həcmi Renault-un orada olduğu dövrlə müqayisə olunacaq parametrlərə çatacaq.2-3 ildən sonra biz öz platformamızı elektrik avtomobilləri istehsal etməyə yönəltməyi planlaşdırırıq- Moskva meri Serqey Sobyanin deyib.
Zavodun planlarında sedan və biri elektrik olmaqla dörd krossover istehsal etmək var.
“Rosstandart” təsdiqi almış yeni “Moskviç”lər Çinin “JAC” modelinin kopyası olacaq.
“Moskviç 3” modeli “JAC JS4” modeli bazasında,mexaniki sürət qutulu,109 at güclü atmosferik mühərrikli və 150 at güclü turbo mühərrikli ,mexaniki yaxud variator sürət qutusu seçimi ilə istehsal olunacaq.
“Moskviç 3e” isə “JAC iEVs4” modelinin kopyası olaraq 68 at güclü “SY Power TZ200XSIEM1” elektrik mühərriki ilə istehsal olunacaq.Modelin tam enerji ilə 410 km gedəcəyi deyilir.
Zavod 2023-cü ildə 50 min avtomobil istehsal etməyi planlayır ki, bunlardan 10 mini elektrik olacaq.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.