Keçən ilin payızından Volkswagen Passat Rusiya bazarında yalnız 1.4 TSI (150 a.g.,250 Nm) mühərrik və “quru” 7 pilləli DSG sürətlər qutusu ilə təklif olunmağa başladı.İndi artıq model 2 TSI (190 a.g.,320 Nm) mühərrik və 7 pilləli “yaş”(yağlı) DSG sürətlər qutusu ilə də, sifariş üçün açıqdır.
Ölkəmizdə də yeni model Passat Rusiyadakı kimi yalnız 1.4 TSI mühərrik ilə təklif olunur və avtomobilin qiyməti 58 900 AZN’dir.Gələcəkdə ölkəmizdə 2 TSI mühərriklə təchiz olunmuş Passat’ın təklif olunacağı barədə bir məlumat yoxdur.
Autoblog.Az