Azərbaycanda sıfır kilometr,yeni beş ən ucuz sedanı sizin üçün seçdik.
Bu avtomobillər yenidir və rəsmi satış qiymətləridir.
1.Chevrolet Nexia 2022
“Azermash” istehsalı bu avtomobil Chevrolet Aveo bazasında hazırlanmış bir avtomobildir.1.5 litrlik 106 at güclü mühərrik və mexaniki sürət qutusu ilə qiyməti 21 100 AZN-dir.Avtomat sürət qutusu ilə isə qiyməti 22 450 AZN təşkil edir.
2.Chevrolet Cobalt 2022
Bu avtomobildə “Azermash” istehsalıdır.Nexia kimi bu avtomobildə 1.5 litrlik 106 at güclü mühərriyə sahibdir.Qiyməti mexaniki sürət qutusu ilə 21 500 AZN, avtomat sürət qutusu ilə 22 800 AZN təşkil edir.
3.Lada Granta 2022
“AvtoVAZ” istehsalı bu avtomobil 1.6 litrlik 118 at güclü mühərriyə sahibdir.Qiyməti mexaniki sürət qutusu ilə 21 700 AZN təşkil edir.
4.Baic Senova D50 2020
Bu Çin markasının istehsal etdiyi avtomobil 1.5 litrlik 116 at güclü mühərrik və mexaniki sürət qutusu ilə 22 900 AZN-ə satılır.
5.Chevrolet Lacetti 2022
Hamımızın “Daewoo Gentra” kimi tanıdığı bu model 2022-ci ildən “Azermash” tərəfindən “Chevrolet Lacetti” adı ilə istehsal olunmağa başlayıb.1.6 litrlik 109 at güclü mühərrik və avtomat sürət qutusu ilə avtomobilin qiyməti 25 400 AZN təşkil edir.
Bəs siz 20-25 000 AZN aralığında hansı yeni və ya işlənmiş avtomobili alardınız?
Fikirləriniz bizim üçün maraqlı və gələcək paylaşımlarımız üçün vacibdir.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.