Ən nadir SUV Lamborghini satışa çıxdı Maşın tam orijinal olmasa da yaxşı vəziyyətdədir.
Məhz bu günlərdə Bentley, Rolls-Royce, Lamborghini və hətta indi Ferrari-nin krossoverləri var və bütün bu markalar əvvəllər yalnız premium sedanlar, qran-turizmlər və idman avtomobilləri istehsal edirdilər. 1986-cı ildə Lamborghini LM002 premyerası baş tutdu,o, Amerika Birləşmiş Ştatları ordusu üçün yolsuzluq avtomobili kimi istehsal olunmalı idi.Ancaq, italyan brendi hərbi texnikanın tədarükü tenderini uduzsa da, yenə də öz SUV-ni istehsal etdi.
1991-ci ilin iyununda buraxılmış, №279 şassili avtomobil 2014-cü ildə hazırkı satıcı tərəfindən alınıb və yeni sahibi cəmi 56 kilometr sürərək yolsuzluq avtomobilinin ümumi yürüşünü 8931 kilometrə çatdırıb.
Avtomobili RM Sotheby’s hərracının təşkilatçıları 200.000-250.000 dollar arasında qiymətləndirməyi planlaşdırırlar. Və bu, çox yaxşı vəziyyətdə olan daha məhdud tirajla buraxılmış klassik Lamborghini almaq üçün yaxşı fürsətdir.
Təəsüf ki, “без краска” axtaranlar üçün avtomobil maraqsız olacaa, çünki, 2014-cü ildə detallarda öz orijinallığını qorusada, bütöv qırmızı rəngə boyanıb.
© www.autoblog.az
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.