Toyota “Touring” adlandırdığı yeni Corolla’nı 2019-cu ilin payızında təqdim etdi.Yaponiyada universal üçün 1.2 litrlik turbo benzin, 1.8 litrlik benzin atmosfer və 1.8 litrlik THS-II hybrid mühərrik təklif olunur.
Dediyimiz kimi Toyota Corolla Touring üç mühərrik növü ilə təklif olunur.Birinci mühərrik 1.8 litrlik atmosfer(sadə) benzin 2ZR-FAE (140 a.g) və Super CVT-i 7 pilləli variator ilədir.İkinci 1.2 litrlik turbo 8NR-FTS (116 a.g) mühərrikdir.Bu mühərrik 6 pilləli mexaniki və pilləsiz variator ilə təchiz olunub.Hybrid versiyası isə 1.8 litrlik benzin 2ZR-FXE 98 at güclü və elektron 72 at güclü mühərrik ilə təklif olunur.Birlikdə mühərriklər 122 at gücü verir.Bütün benzin mühərriklər ön çəkimlidir.
Dizayn cəhətdən fərqlənən və daha aqressiv görünüş alan Toyota Corolla Touring GR Sport model isə 1.8 litrlik haqqında danışdığımız hybrid və 2 litrlik 184 at güclü mühərrik, variator sürət qutusu ilə təklif olunur.
Autoblog.Az