Türkiyə milli TOGG elektrik avtomobilinin istehsalına başladığını elan edib.
Ölkənin müxtəlif bölgələrini simvolizə edən beş model və altı rəngli avtomobillər Bursa vilayətində istehsal olunacaq.
“Togg” milli elektrik avtomobilinin istehsalına 29 oktyabr Türkiyənin Respublika Günündə başlanılıb.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk elektrik avtomobilinin konveyerdən ayrılması mərasimində iştirak edib.
Türkiyənin müxtəlif bölgələrini simvolizə edən beş model və altı rəngdə elektrik avtomobilləri ölkənin qərbindəki Bursa vilayətində istehsal olunacaq.
TOGG elektromobili 2019-cu ildə təqdim edilib.Avtomobilin sınaqları 2021-ci ilin noyabrında baş tutub, o, 100 km/saata 4,8 saniyəyə sürətlənib. İstehsalçıların fikrincə, elektromobilin 80% enerji ilə doldurulması 30 dəqiqə çəkəcək, məsafə 500 km olacaq.
TOGG-un baş direktoru Gürcan Karakaş jurnalistlərə bildirib ki, ildə 100 minə yaxın elektromobil istehsal etmək planlaşdırılır, istehsal gücü isə bu rəqəmi 175 min ədədə çatdıra bilər. 2030-cu ilə qədər bir milyona yaxın avtomobil yığmağı planlaşdırırlar. Onların qiyməti, avtomobil zavodunun proqnozlarına görə, 43-54 min dollar arasında dəyişəcək, lakin şirkət nümayəndələri beynəlxalq təcrübəyə istinad edərək, satış başlamazdan əvvəl konkret dəyəri açıqlamayıblar.
TOGG-un Türkiyədə rəsmi satışları 2023-cü ilin martında başlayacaq və 1,5 il ərzində daxili bazara yönəldiləcək. Daha sonra maşınların Avropa ölkələrinə, xüsusən də Almaniya və Fransaya ixracı planlaşdırılır.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.