UAZ İranda yığılacaq

UAZ’ın İrandakı distributoru Soroush Diesel artıq İranda UAZ’ın satışlarının başladığını elan edib.2020 Sentyabrdan artıq sifarişlər alan Soroush Diesel avtomobilləri Ulyanovsk avtomobil zavodundan hazır alaraq İranda komplektləşdirib satacaq.

Avtomobil eyni ilə Rusiyadakı kimi 2.7 litrlik ZMZ Pro 149 at güclü benzin mühərrik ilə təklif ediləcək, sürətlər qutusu isə 5 pilləli mexaniki olacaq.

Autoblog.Az

Bir cavab yazın