Volkswagen avro-7 standarta hazırlaşır | Polo modeli ləğv edilə bilər?

2025-ci ildən Avro-7 standartının qəbulu Almaniya konserninin Polo modelinin istehsalından imtinasına səbəb ola bilər, Volkswagen-in rəhbəri Tomas Şefer bildirib.

Ekoloji qaydaların sərtləşdirilməsi yeni avtomobillərin qiymətini artıracaq.Motor1.com-a istinadən Şeferin sözlərinə görə, Avropada Polo-nun qiyməti 5 000 avro artacaq.Təxminən iki həftə ərzində VW mühəndisləri Avropa Komissiyasının sənədini incələyəcək və daxili yanma mühərrikinin təkmilləşdirilməsi perspektivlərini qiymətləndirəcəklər. Əgər şirkət rəhbərinin proqnozları təsdiqlənərsə, o zaman “Polo kimi avtomobillər və bu sinifdə olan digər avtomobillər artıq mövcud olmayacaq”.

İki il əvvəl media artıq elektromobillərin təkcə Polo deyil, həm də Volkswagen seriyasından Golf və Passat modellərini əvəz edəcəyini yazırdı.Daha sonra brendin rəhbəri bildirib ki, istənilən halda “Golf” modelinin istehsalı davam etdiriləcək.  Bundan birqədər əvvəl Volkswagen ID.1 və ID.2 elektromobillərin buraxıldığını elan etmişdi.Şefer əmin edir ki, elektromobillərin qiyməti 25 000 avrodan aşağı salına bilər, lakin indiyə qədər mühəndislər həm tutumu, həm də dəyəri baxımından onlara uyğun olan akkumulyator tapmayıblar.

Xatırlaqdaq ki, ölkəmizdə sözü gedən “Polo” modelinin satışı yoxdur.Avropa bazarı üçün istehsal olunan hetçbek tipli model ölkəmizə gətirilmir.Azərbaycanda “Polo”nun bir sıra ölkələr üçün istehsal etdiyi liftbek tipli modeli satılır.Modelin istehsalının Rusiyada olduğunu nəzərə alsaq və Volkswagen-nin zavodunun Rusiyada hal-hazırda fəaliyyət göstərmədiyini də düşünsək uzun müddət bu modeli görməyəcəyik.

Volkswagen Polo Liftbek

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın