Hybrid Lamborghini? | Yeni hibrid superkarı Temerario

Lamborghini yeni hibrid superkarı Temerario-nu təqdim etdi

Lamborghini, Huracán modelinin varisi olan yeni hibrid superkarı Temerarionu rəsmi olaraq təqdim etdi. Yenilikçi texnologiyalarla təchiz olunmuş bu model, markanın elektrikləşdirilmiş gələcəyinə atdığı növbəti böyük addımdır.

Temerario, 4.0 litrlik V8 biturbo mühərrik və üç elektrik mühərrikindən ibarət hibrid sistemlə təchiz olunub. Ümumi güc 920 at gücünə çatır və avtomobil 0-dan 100 km/saat sürətə cəmi 2.7 saniyəyə yüksəlir. Maksimum sürət isə 343 km/saat olaraq göstərilir.

Yeni superkar 3.8 kWh tutumlu litium-ion batareya ilə işləyir və təqribən 30 dəqiqəyə tam şarj oluna bilir. Mühərrik və batareya konstruksiyası sayəsində avtomobilin çəkisi optimal bölüşdürülüb və idarəetmə qabiliyyəti artırılıb.

Temerario sürücülərə Recharge, Hybrid və Performance kimi rejimlər təklif edir. Həmçinin, Drift rejimi sayəsində arxa oxun sürüş səviyyələri dəyişdirilə bilir. Bu, avtomobilə həm şəhər, həm də tras şəraitində uyğunlaşmağa imkan verir.

Dizayn baxımından Lamborghini-yə xas aqressiv xətlər və aerodinamik formalar qorunub saxlanılıb. Salon hissəsində isə 12.3 düymlük rəqəmsal panel, 8.4 düymlük sensor ekran və sərnişin üçün ayrıca 9.1 düymlük displey mövcuddur. İnfo-əyləncə sistemi Apple CarPlay və Android Auto dəstəyi ilə gəlir.

Yeni modelin satışa çıxarılma tarixi 2025-ci ilin əvvəlinə planlaşdırılır. Qiymət isə hələlik açıqlanmayıb.

Autoblog.az – Rəqəmsal Avtomobil Dərgisi

Bir cavab yazın