Yeni nəsil Volkswagen Passat sınaq zamanı yollarda görünüb. Modelin hibrid versiyası kamera obyektivinə tuş gəlib, bunu ön sol qanadda yerləşən doldurma portu sübut edir.
Növbəti “Passat” yalnız “universal” ban növündə satışa çıxarılacaq və yalnız Avropa bazarı üçün nəzərdə tutulub.
Yeni model, güman ki, “Passat Variant eHybrid” adı altında satılacaq. Hazırkı hibrid sistemdəki 1,4 litrlik turbomühərrikli TSI-nin 1,5 litrlik mühərriklə əvəzlənəcəyi gözlənilir. Ona iki muftalı avtomatik transmissiyaya quraşdırılmış kiçik elektrik mühərriki kömək edəcək.Təkcə elektrik enerjisi ilə ehtiyatı təxminən 100 km olacaq.
Yeni model “Passat” gələn il Avropada satışa çıxarılacaq. O, yeni “Skoda Superb” ilə birlikdə Slovakiyada istehsal olunacaq. Daha sonra ona şərti olaraq “Aero B” kimi tanınan tam elektrik sedanı qoşulacaq. Artıq onun üzərində iş gedir.
Foto: motor.es
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.